1760-cı ildə Salyanda anadan olub və Qafqaz müsəlmanlarının ilk şeyxülislamı seçilib 1852-ci ildə Tbilisi şəhərində vəfat edib
Qafqazın I şeyxülislamı
Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə
1823-cü ildə Qafqaz (Zaqafqaziya) şiələrinə (dini) başçılıq etmək üçün Rusiya imperiyası tərəfindən təsis edilən ilk şeyxülislam rütbəsinə Axund Məhəmmədəli Hüseynzadə təyin edilib. O, Azərbaycanın görkəmli publisisti, rəssam və yazıçısı Əlibəy Hüseynzadənin ana tərəfdən babasıdır. Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə 1852-ci ilə kimi Qafqaz (Zaqafqaziya) Ali Ruhani İdarəsinə rəhbərlik edib. Dini idarə o zaman Qafqazın iqtisadi və siyasi mərkəzi olan Tiflis şəhərində yerləşirdi.
Şeyxülislam Məhəmmədəli Hüseynzadə 1852-ci ildə vəfat etmiş və Tiflisin Müsəlman qəbristanlığında dəfn edilmişdir