Uşaq portalı Rus Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename
Ayətullah Müctehidi Tehraninin (r) 

 Ramazan ayının doqquzuncu gününün təfsiri:


"İlahi, Öz geniş rəhmətindən mənə nəsib elə"


Allahın sənə rəhmət nəsib eləməsi üçün sən nə etməlisən? Əlbəttə ki sən də başqalarına rəhm eləməlisən. Qonşularında imkansız varsa, ona yardıma tələsməlisən. Evlənmək istəyib amma imkanı olmayana köməklik etməlisən. Evində olmayan şeyi alıb yardım etməlisən. Belə etmiş olsan, Allah da sənə Öz rəhmətini nazil edər və səni xətadan və bəladan saxlayar. Amma rəhmət təkcə insanlara qarşı olmamalıdır. Bir neçə il bundan öncə danışmışam bu hadisəni. Çox qədimdə üç-dörd nəfər dost şəhərdən kənara bir iş dalınca çıxırlar. Bir it görürlər ki, balalayıb və balaları acdır. Dostlardan biri yanında olan yeməklərdən həmin küçüklərə verir və onları doyuzdurur. Həmin bu işi görənin iki xanımı var imiş. Biri şəhərdə imiş, biri də şəhərdən kənarda. İşləri uzandığı üçün şəhərə çata bilməyəcəklərini görüb dostlarına deyir ki, gəlin gedək bu biri xanımım olan evə. Təkidinə baxmayaraq qərarlaşırlar ki, elə küçədə gecələsinlər. Yatır yuxusuna İmam Səccad(ə) gəlir. Deyir sən həmin bu ac küçükləri doyuzdurduğun üçün sənin taleyində Allah dəyişiklik etmiş oldu. Həmin getmək istədiyin xanımın səni öldürmək qəsdindədir. Zəhər hazırlayıb ki, sən onun evinə gələndə səni zəhərləyib öldürsün. Zəhər evdə filan yerdədir. Yuxudan ayılır gedir həmin xanımı olan evinə. Evə daxil olub gedir birbaşa həmin zəhər olan yerə. Xanımı məsələni başa düşür. Bu yuxusunu ona danışır və deyir ki, İmam Səccad(ə) mənə dedi ki, istəyirsən onu boşa yaxud qalsın. Amma başqa işin olmasın. Xanım utandığından, xəcalət çəkdiyindən daha onunla qala bilməyəcəyini deyib talaq istəyir. Bəli, bir it balalarına qarşı rəhmli olduğu üçün Allah da ona rəhm etdi. Küçədə bir pişik balası gördün acdır, onun üçün də bir yemək hazırla. Belə işlərə görə Allah bizə rəhmət nəsib edər. Bu duaları oxuyub gedirsiz, amma heyif sizə başa salan yoxdur bu duaların mənasını. Daha sonra Allahdan istəyirik


"Məni Özünün parlaq dəlillərinə hidayət et" 


Allahın dəlilləri açıq-aşkardır. Misal üçün Səddamı gördünüz. Hər bir zalımın acı aqibəti bizim üçün açıq-aydın dəlildir. Allahın dəlilləri çox açıq-aydındır. Vaxt yoxdur hamısını danışmağa. Elə danışdığım iti doyuzdurmaq da Allahın açıq-aydın dəlillərindəndir. Allah bu dəlillərlə məni hidayət elə. Sonra duada deyirik


"Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək"


İlahi, indiyə kimi səhv etmişəm, günah etmişəm, amma indi gəlmişəm məni bağışlayasan. Allahla söhbət edin bu ayda. Allahdan sizdən razı qalması üçün tövbə edin. Qeybət etmisiz kiminsə barəsində halallıq alın həmin adamdan. Kiminsə malını yemisizsə, gedib halallaşın. Lap çoxdan olubsa belə, gedib tapın həmin adamı. Haqqını zay elədiyinizdən hallalıq almamış Allahın razılığını əldə bilməzsiniz. Bunları etsəniz, Allahın cəm razılığını əldə edərsiz. Ailə üzvlərini özündən razı etməlisən. Xanımın və övladların gərək səndən razı olsun. Bir sözlə hamını gərək razı edəsən özündən. Belə olduqda Allahın razılığını qazanmış olarsan. Etdiyimiz bu duaların qəbul olması üçün sonda Allahı and veririk


"Məhəbbətinə хatir ey həsrətini çəkənlərin arzusu" 


Allah bizləri çox sevir. Ata-ana övladını necə çox sevirsə, Allah onun yüz qatı bizi sevir. Hədisdə deyilən kimi məhəbbət 100 qisimdir ki, onun bir qismi dünyada yaradılmışların bir-birinə olan məhəbbətidir. Qalan 99 hissəsi Allahın bizə olan məhəbbətidir. Allahı and veririk həmin bu məhəbbətə ki, bizə rəhmətini nəsib eləsin, öz dəllilərilə bizi hidayət etsin və bizdən razı olsun. İlahi, Ramazan ayının orucunu tutmaq üçün bizə tovfiq inayət elə.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))