Sübh namazını yatıb qəzaya vermiş şəxs, onun qəzasını zöhr namazından əvvəl qılmadırmı?
Sualın Mətni
Şəri Cavab
20.08.2026 00:02Cavab 1: Əvvəlki günlərdən yalnız bir qəza namazı olan şəxsin, əvvəl o namazın qəzasını qılıb, sonra əda namazına başlaması ehtiyata əsasən vacibdir, xüsusilə əgər o qəza namazı həmin günə aiddirsə.
Cavab 2: Əvvəlki günlərdən yalnız bir namazı qəzaya vermiş şəxs üçün müstəhəbb ehtiyatdır ki, – mümkün olan surətdə – əvvəlcə onun qəzasını qılsın, sonra həmin günün namazını qılsın. Həmçinin, əgər qabaqkı günlərdən qəza namazı olmasa, lakin həmin günün bir və ya daha artıq namazı qəza olmuşdursa, müstəhəbbdir ki, – mümkün olan surətdə – həmin günün qəza namazını əda namazından əvvəl qılsın. Hər iki surətdə əgər həmin günün namazının fəzilətli vaxtı ötəcəksə, yaxşı olar ki, həmin günün namazını qəzadan əvvəl qılsın.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail", məs.1392
Cavab 3: Qəzaya getmiş bir və ya iki namazı həmin günün namazından öncə yerinə yetirmək vacib ehtiyatdır.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı", m.1195
Cavab 4: Keçmiş günlərdən yalnız bir qəza namazı boynunda olan şəxsin, əgər o günün namazının fəzilət vaxtı keçmirsə, əvvəl qəza edib sonra o günün namazına başlaması daha yaxşıdır. Həmçinin əgər keçmiş günlərdən qəza namazı olmadığı halda, ondan həmin günə aid bir və ya daha çox namaz qəzaya qalmışdırsa, əgər o günün namazının fəzilət vaxtı keçmirsə, həmin günün qəza namazını əda namazından əvvəl qılması daha yaxşıdır.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri", məs.1364
Bütün Fiqhi Bölümlər
İslam AI Canlı
Müsəlmanın BələdçisiŞəriət, namaz, oruc, əqidə və gündəlik dini suallarınızı süni intellektə ünvanlayın, dərhal dəqiq cavab alın.
Köşə Yazarları
Bütün Yazarlar →Fiqhi Sual Göndər
Şəri suallarınıza mütəxəssis cavabıلاَ إِلَهَ إِلاَّ اللَّهُ الْمَلِكُ الْحَقُّ الْمُبِينُ
La İlahə İlləllahul Məlikul Həqqul Mubin
Günün Zikri: Cümə axşamı