Əməllər və davranışlar
Sualın Mətni
Şəri Cavab
03.11.2026 11:34Ziyarətdən qayıdan insan çalışmalıdır ki, Kərbəla və digər müqəddəs məkanlarda qazandığı mənəvi nuru həyatında qorusun.
Ziyarətin hörməti insanın davranışında görünməlidir. Elə yaşamalıdır ki, insanlar onun əxlaqına, dürüstlüyünə, mərhəmətinə və gözəl rəftarına baxıb desinlər: Maşallah, bu insan Kərbəla ziyarətində olub, həqiqətən Hüseynin (ə) yolunu tanıyıb.
Ziyarətdən sonra:
Namazlarını vaxtında qılsın.
Günahlardan uzaq durmağa çalışsın.
Heç kimin haqqına girməsin.
Dilini qeybətdən, yalandan və böhtandan qorusun.
Ailəsinə, valideynlərinə və insanlara qarşı mehriban olsun.
Təvazökar olsun, özünü başqalarından üstün görməsin.
İmam Hüseynin (ə) əxlaqını və ədalət yolunu yaşatsın.
Etdiyi yaxşılıqları nümayiş etdirməkdən çəkinsin.
Unutmayaq: Ziyarətə getmək böyük səadətdir, amma ziyarətin həqiqi bəhrəsi insanın ziyarətdən sonra dəyişməsindədir. İnsan elə yaşamalıdır ki, onun əməlləri Kərbəlanın hörmətini ucaltsın, öz davranışları ilə ziyarətin hörmətini aradan aparmasın.
Həqiqi Hüseyni olmaq dildə deyil, əməldə bəlli olar.
SonÜmid TV Şəriət Heyəti
Bütün Fiqhi Bölümlər
İslam AI Canlı
Müsəlmanın BələdçisiŞəriət, namaz, oruc, əqidə və gündəlik dini suallarınızı süni intellektə ünvanlayın, dərhal dəqiq cavab alın.
Köşə Yazarları
Bütün Yazarlar →Fiqhi Sual Göndər
Şəri suallarınıza mütəxəssis cavabıيَا أَرْحَمَ الرَّاحِمِينَ
Ya Ərhəmər Rahimin
Günün Zikri: Çərşənbə axşamı