Uşaq portalı Rus Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename


İslam Peyğəmbəri (s) buyurmuşdur:

أُطْلُبُوا الرِّزْقَ فِي خَبَايَا الْاَرْضِ

“Ruzini yerin dərinliklərində axtarın.”[1]

Qısa izah

Qədim zamanlarda yeraltı mədən və torpağın dərinliklərində yerləşən qiymətli əşyaların dəyəri insanlar üçün əhəmiyyətli deyildi. Lakin İslam Peyğəmbəri (s) müsəlmanlara yerin dərin qatlarında axtarış apararaq yeraltı sərvətlər və eyni zamanda, onların maddi yaşayışlarına müsbət mənada təsir bağışlayan qiymətli məmulatları ixrac etmək göstərişi verdi. Peyğəmbər (s) tərəfindən atılan bu addım İslam dinin hərtərəfli bir din olduğu və "insanların yaşayışı""təlim-tərbiyə" və "şərəfli həyatı" və sairə kimi məsələlərə önəm verdiyini diqqətə çatdırır.İslami ölkələrin zəngin yeraltı sərvətlərə malik olmasına baxmayaraq, müsəlmanların fəqir və ehtiyaclı şəkildə həyat sürməsi, həqiqətən də, insanda təəssüf doğuracaq bir haldır.Bütün fiziki və mənəvi qüvvələrimizi işə salaraq həmin sərvətlərin əldə edilməsinə çalışmaq lazımdır.

[1] “Nəhcül-fəsahə”, səh. 63, hədis: 323.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))