İmam Hüseyn (ə)

AŞURA iqtisadiyyatı

Müəllif: Vüsal Əli 21.01.2025 60 baxış

AŞURA iqtisadiyyatı
Kufə şiələrinin ağsaqqallarının İmam Hüseynə (ə) yazdıqları məktublarda deyilir:
«وَ جَعَلَ مالَ اللهِ دولَةً بینَ جبابِرَتها و اغنیائها»
“(Yezidin İslam və müsəlmanlara etdiyi xəyanətlərdən biri də budur ki,) Beytül-malın (yəni, xalqın büdcəsinin) hamısını bir dəstə zalim, oliqarx və sərvətli kapitalistin ixtiyarına verib”.
İslami cəmiyyətlərdə iqtisadiyyat iki yerə bölünür: “Hüseyni (ə) iqtisadiyyat” (Quran və Əhli-Beyt iqtisadiyyatı) və “Yezidi iqtisadiyyat” (cahiliyyət dövrünün Qüreyş iqtisadiyyatı və müasir kapitalizm). Aşuranın canlı saxlanılmasının da hədəfi cəmiyyətdə “Hüseyni (ə) ədalət”in bərqərar və bərpa edilməsidir.
“Hüseyni (ə) ədalət”, yəni xalqın sərvətinin bütün təbəqələr arasında ədalətli bölünməsi, hamının öz haqqına çatması, hamının inkişaflı həyat tərzi yaşaması. Necə ki, İmam Əli (ə) buyurur: “Ədalət həyatdır” (العدل حیاة).
“Yezidi iqtisadiyyat” isə kapitalizmin praktiki tətbiqi, fəsad, rüşvətxorluq, bahaçılıq, kontrolsuz qiymətlər, insanları müflisləşdirən xüsusiyyətçilik, oliqarxları müdafiəsiz camaatın canına düçar etmək, sənaye istehsalı və xidmətlərinin monopoliyasıdır.
AŞURA qiyamının yaşadılmasının hədəfi isə “Hüseyni (ə) iqtisadiyyat”ın bərqərar edilməsi və yuxarıda qeyd edilən “yezidi iqtisadiyyat” növü ilə mübarizədir.
Əllamə Məhəmmədrza Həkimi (telegram kanalından xülasə və  tərcümə) @mirmehemmed_beshir

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...