Müstəhəb namazlar

ƏRABİ NAMAZI

Müəllif: Vüsal Əli 11.02.2025 65 baxış

Seyid İbn Tavus “Cəmalul-usbu” kitabında yazır ki, Şeyx Till-Ukbəri dedi:
Bir bədəvi ərəb Həzrət Rəsulallahın (s) yanına gəlib ərz etdi: “Ey Rəsulallah (s), atam-anam sənə fəda olsun, biz Mədinədən uzaqda, səhrada yaşayırıq. Buna görə də hər cümə günü cümə namazına gələ bilmirəm. Mənə bir əməl öyrət ki, onu yetirməklə cümə namazının savabını əldə etmiş olum. Həmçinin ailəmin və qəbiləmin yanına qayıtdıqda, bu əməli onlara da öyrədim.”
Həzrət Rəsulallah (s) buyurdu: “(Cümə günü) hava tam işıqlandıqdan sonra iki rəkət namaz qıl. Belə ki, birinci rəkətdə bir dəfə “Həmd” və yeddi dəfə “Fələq” surəsini, ikinci rəkətdə bir dəfə “Həmd” və yeddi dəfə “Nas” surəsini oxu. Namazın salamından sonra yeddi dəfə “Ayətəl-kürsi”ni oxu. Daha sonra səkkiz rəkət namaz qıl: dörd rəkət-dörd rəkət. Bu səkkiz rəkət namazda hər rəkətdə bir dəfə “Həmd”, bir dəfə “Nəsr” və iyirmi beş dəfə “Tövhid” surəsini oxu.
Namazın təşəhhüd və salamından sonra yeddi dəfə bu duanı oxu:
يَا حَىُّ يَا قَيُّوْمُ يَا ذَاالْجَلَالِ وَالْاِكْرَامِ يَا اِلٰهَ الْاَوَّلِيْنَ وَ الْاٰ خِرِيْنَ يَا اَرْحَمَ الرَّاحِمِيْنَ يَا رَحْمٰنَ الدُّنْيَا وَ الْاٰ خِرَةِ وَ رَحِيْمَهُمَا يَا رَبِّ يَا رَبِّ يَا رَبِّ يَا رَبِّ يَا رَبِّ يَا رَبِّ يَا رَبِّ يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِهٖ وَاغْفِرْلِىْ۔
Sonra öz istəklərini dilə və daha sonra yetmiş dəfə de:
لَاحَوْلَ وَلَاقُوَّةَ اِلَّا بِاللهِ الْعَلِىِّ الْعَظِيْمِ سُبْحَانَ اللّٰهِ رَبِّ الْعَرْشِ الْكَرِيْمِ۔
Daha sonra de:
سُبْحَانَ اللّٰهِ رَبِّ الْعَرْشِ الْكَرِيْمِ۔
Bu yerdə Həzrət Rəsulallah (s) buyurdu: “Məni haqq olaraq peyğəmbər göndərən Allaha and olsun ki, cümə günü bu namazı qılan hər mömin qadın və kişi üçün mən Cənnəti zəmanət verirəm. O, yerindən qalxdıqda Allah artıq onun və ata-anasının günahlarını bağışlamış olar…”
Bu namazı Mərhum Şeyx Tusi də “Misbahul-mutəhəccid” kitabında qeyd etmişdir. Lakin yuxarıdakı dua orada qeyd olunmamış və deyilmişdir ki, namazdan sonra yetmiş dəfə bu zikri de:
سُبْحَانَ اللّٰهِ رَبِّ الْعَرْشِ الْكَرِيْمِ وَلَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِىِّ الْعَظِيْمِ۔

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...