Müstəhəb namazlar

HACƏT NAMAZI

Müəllif: Vüsal Əli 11.02.2025 55 baxış

Mərhum Kuleyni mötəbər sənədlə nəql edir ki, Əbdur-Rəhim Qusəyr dedi: “Mən İmam Sadiqin (ə) yanına gedib ərz etdim: “Sənə fəda olum, mən özümdən bir dua düzəltmişəm.” İmam Sadiq (ə) buyurdu: “Düzəltdiyin duanı bir kənara qoy. Bir istəyin olduqda Rəsulallaha (s) pənah apar və iki rəkət namaz qılıb o Həzrətə (s) hədiyyə et.” Mən soruşdum: “Namazı necə qılım?” İmam (ə) buyurdu: “Qüsl et və iki rəkət namaz qıl (sübh namazı kimi). Namazı qılıb qurtardıqdan sonra de:
اَللّٰهُمَّ اَنْتَ السَّلَامُ وَ مِنْكَ السَّلَامُ وَ اِلَيْكَ يَرْجِعُ السَّلَامُ اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ وَّ بَلِّغْ رُوْحَ مُحَمَّدٍ مِنِّىْ السَّلَامَ وَ اَرْوَاحَ الْاَئِمَّةِ الصَّادِقِيْنَ سَلَامِىْ وَارْدُدْ عَلَىَّ مِنْهُمُ السَّلَامَ وَالسَّلَامُ عَلَيْهِمْ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ اَللّٰهُمَّ اِنَّ هَاتَيْنِ الرَّكْعَتَيْنِ هَدِيَّةٌ مِنِّىْ اِلٰى رَسُوْلِ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهٖ فَاَثِبْنِىْ عَلَيْهِمَا مَا اَمَّلْتُ وَ رَجَوْتُ فِيْكَ وَ فِىْ رَسُوْلِكَ يَا وَلِىَّ الْمُؤْمِنِيْنَ۔
Sonra səcdəyə get və qırx dəfə de:
يَا حَىُّ يَا قَيُّوْمُ،يَا حَيُّا لَا يَمُوْتُ،يَا حَيًّا لَاۤ اِلٰهَ اِلَّاۤ اَنْتَ،يَا ذَا الْجَلَالِ وَ الْاِكْرَامِ،يَا اَرْحَمَالرَّاحِمِيْنَ۔
Sonra sağ üzünü yerə qoy və bunu qırx dəfə de. Daha sonra sol üzünü yerə qoy və bunu qırx dəfə de. Sonra başını qaldır və əllərini göyə açıb bu duanı qırx dəfə de. Sonra əlini boynuna qoy və (sağ əlinin) işarə barmağını yalvarış əlaməti olaraq hərəkət etdirib bu duanı qırx dəfə de.
Axırda sol əlinlə saqqalını tutub hüznlə de:
يَا مُحَمَّدُ يَا رَسُوْلَ اللّٰهِ اَشْكُوْ اِلَى اللّٰهِ وَ اِلَيْكَ حَاجَتِىْ وَ اِلٰى اَهْلِ بَيْتِكَ الرَّاشِدِيْنَ حَاجَتِىْ وَ بِكُمْ اَتَوَّجَهُ اِلَى اللّٰهِ فِىْ حَاجَتِىْ۔
Sonra səcdəyə get və nəfəsin çatdığı qədər de:
يَا اَللهُ يَا اللهُ۔
Daha sonra de:
صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ۔
Sonra öz istəklərini de.
İmam Sadiq (ə) buyurdu: “Mən Allah tərəfindən zəmanət verirəm ki, sən yerindən tərpənməmiş Allah sənin istəyini həyata keçirər, inşaallah.”

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...