Alimlərdən sitatlar

İnsafsızlıq

Müəllif: Vüsal Əli 28.12.2024 55 baxış

İnsafsızlıq

Məşhəddə Həzrət İmam Rzanın(ə) hərəminin ətrafında dükan sahiblərindən biri dövrünün müctəhidlərindən olan mərhum Ayətullah Milaninin (1892-1975) hüzuruna gələrək ondan bir məsələ soruşur.
Deyir ki, Ağa, mən hərəmin ətrafında dükan sahibiyəm. Bəzi xüsusi günlər bildiyiniz kimi ziyarətçilər çox olur. Mən də həmin günlər dükandakı malların qiymətini qaldırıram. Bu iş haram deyil ki?
Ayətullah Milani cavab verir ki, bu iş insafsızlıqdır.
Həmin tacir haram cavabını almadığı üçün əllərini sinəsinə qoyaraq xoşhal halda oradan aralaşanda Ayətullah Milani əlilə işarə edir ki, geri qayıtsın.
O tacir yenidən yaxınlaşanda Ayətullah Milani ondan Kərbəla vaqiəsini bilirsənmi deyə soruşur.
Tacir cavab verir ki, bəli bilirəm.
Ayətullah Milani deyir eşitmisən də, İmam Hüseyn (ə) susuzluqdan yananda Ömər bin Səəddən su istəyir və Ömər bin Səəd su vermir ona?
Tacir deyir bəli ağa, eşitmişəm.
Ayətullah Milani deyir: Ömər bin Səədin gördüyü həmin iş də insafsızlıq idi.
t.me/mirmehemmed_beshir

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...