Müstəhəb namazlar

NAFİLƏ NAMAZI

Müəllif: Vüsal Əli 10.02.2025 60 baxış

SÜBH NAMAZININ NAFİLƏSİ
Qaydası: iki rəkətdir.
Vaxtı: sübh namazından öncə qılınır və onun vaxtı gecə namazının vaxtının başlanğıcından onun (gecə namazının) qılınması üçün lazım olan qədər zaman keçdikdən sonra başlayır və onun (sübh nafiləsinin) sübh namazından öncə qılınması mümkün olan vaxtadək davam edir.
ZÖHR NAMAZININ NAFİLƏSİ
Qaydası: səkkiz rəkətdir (iki rəkət-iki rəkət qılınır)
Vaxtı: zöhr namazından öncə qılınır və onun vaxtı zöhrün başlanğıcından başlayır və zöhr namazından əvvəl qılınması mümkün olan vaxtadək davam edir.
ƏSR NAMAZININ NAFİLƏSİ
Qaydası: səkkiz rəkətdir (iki rəkət-iki rəkət qılınır)
Vaxtı: əsr namazından öncə qılınır və onun vaxtı əsr namazından öncə qılınması mümkün olan vaxtadək davam edir.
MƏĞRİB (ŞAM) NAMAZININ NAFİLƏSİ
Qaydası: dörd rəkətdir (iki rəkət-iki rəkət qılınır)
Vaxtı: məğrib namazından sonra qılınır və vaxtı məğrib namazının başa çatmasından sonra başlayır və məğrib namazından sonra bu namazın vaxtı ərzində qılınması mümkün olan vaxtadək davam edir.
İŞA (XÜFTƏN) NAMAZININ NAFİLƏSİ
Qaydası: iki rəkətdir və oturan yerdə qılınır.
Vaxtı: işa namazından sonra qılınır (yaxşı olar ki, dərhal sonra qılınsın) və vaxtı işa namazının başa çatmasından gecə yarısınadəkdir.

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...