Uşaq portalı Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename

Təfsir: Şüəra, 61-62.


Allahın məğfirətinə və sıxıntılarımızı aradan götürəcəyinə ümidli olaq


Allah-Taala Qurani-Kərimin mübarək Şüəra surəsinin 61 və 62-ci ayələrində Həzrət Musa peyğəmbərin (s) fironilər tərəfidən təqibinə və Bəni-İsrailin bundan qorxu hissi keçirdiyinə işarə edərək buyurur:   


فَلَمَّا تَرَاءَى الْجَمْعَانِ قَالَ أَصْحَابُ مُوسَى إِنَّا لَمُدْرَكُونَ. قَالَ كَلَّا إِنَّ مَعِيَ رَبِّي سَيَهْدِينِ


"İki dəstə bir-birinə (Fironun qoşunları Həzrə Musanın (ə) əshabına Nil çayının sahilində) çatdığı zaman Həzrət Musanın (ə) səhabələri dedilər ki, həqiqətən indi fironilərin əlinə keçəcəyik. (Həzrət Musa) Dedi ki, xeyr, heç vaxt belə olmayacaq, Allah mənimlədir və mütləq tezliklə mənə yol göstərəcəkdir."


Allah-Taala haqq əhli ilədir


Bəni-İsrailin gecə ilə Misrdən qaçması xəbəri yayılan kimi Firon qoşunlarını ölkənin müxtəlif şəhərlərinə onları təqib etməyə göndərdi. Sürətlə hərəkət edən qoşunlar Həzrət Musanı (ə) və onunla qaçan Bəni-İsraili Günəş çıxmaq üzərə ikən Nil sahilində az qala ələ keçirəcəkdilər.

Bəni-İsrail fironilərin yaxınlaşdığını görəndə bir-birlərinə dedilər ki, bizə xilas yoxdur, mütləq onların əlinə düşəcəyik. Çünki qarşımızda Nil çayının coşqun dalğaları və arxamızda da təpədən dırnağadək təchiz edilmiş və bizə qarşı çox qəzəblənmiş və qaniçən bir qoşun var, hansıki uzun illər bizim günasız övladlarımızı öldürürdülər. İndi bunlar sürətlə bizi mühasirə edəcək, bir hissəmizi qılıncdan keçiriəcək, bir hissəmizi əsir götürərək işkəncə edəcəklər.  

Öncədə fironilərin zülmü görmüş Bəni-İsrailə həmin dəqiqələr çox əzablı keçdi. O qədər acı və çətin ləhzələr idi ki, onlar onu vəsf etməkdən belə aciz idilər. Həmin anlarda bir çoxları özlərini uduzdular və imanı zəif olanlar şübhəyə düşdülər, ayaqları sürüşdü və inanclarında tərdid etdilər.  

Həmin anlarda Həzrət Musa (ə) elə aram, sakit və hüzur içində və xatircəm idi, bu səbəbdən zərrə qədər narahat olmadı.

Həzrət Musa (ə) Allahın Bəni-İsraili nicat verəcəyi və fironiləri məhv edəcəyi barədə vədəsini həyata keçirəcəyinə yəqini var idi. Bilirdi ki, Allah-Taala vədəsinin xilafına əməl etməz. Buna görə də onun qəlbində dünya dolusu hüzur, arxayınçılıq, inam və etimad var idi.

Öz qövmünün qorxu içində və heyrətdə olduğunu görən Həzrət Musa (ə) onlara dedi ki, fironilər heç vaxt bizi tuta bilməyəcək, çünki Allah mənimlədir və çox tez bir zamanda mənə bu sıxıntıdan çıxış yolunu göstərəcəkdir.

Allahın möminlərlə və haqq əhli birlikdə olması təkcə Bəni-İsrail dastanında təcəlli etməyib. Bunun yüzlərlə nümunəsi İslam peyğəmbəri, Əhli-Beyt imamları və müsəlmaların da həyatında var. 

Həzrət İmam Əlidən (ə) bu hadisəyə oxşar məzmunda belə bir hədis nəq edilib:

Hüneyn müharibəsi günlərində Peyğəmbərlə (s) bir yerə çatdıq ki, sel hər yeri tutmuşdu. Dərinliyini bir neçə yerdən yoxladıq. Çox dərin idi, bir neçə insan boyu dərinliyi var idi. 

Qoşunda olanlar Həzrət Musanın (ə) əshabı kimi dedilər ki, "ey Allahın Rəsulu, arxamızda düşməndir, önümüzdə su ilə dolu bir bataqlıq, biz nə edəcəyik?

Allahın Rəsulu (s) miniyindən düşüb əllərini duaya qaldıraraq dedi: "Allahım, Sən hər bir peyğəmbər üçün bir nişanə qərar veribsən. Mənə də öz qüdrət nişanələrindən birini göstər."

Peyğəmbər duasını edib atına (və ya dəvəsinə) mindi. Özü öndə hərəkət edərək həmin sel basmış vadidən keçməyə başladı və qoşun da onun arxasınca hərəkət etdi. Peyğəmbər və əshabı o sel vadisindən elə keçdilər ki, hətta atlarının nalı da suda islanmadı. Və o "ğəzvə"dən (peyğəmbərin iştirak etdiyi döyüş) qələbə ilə geri döndülər. 


Ən məyus halda və ümidsizlik məqamında ümidli olmaq


Həyatın sıxıntıları var, problemlər insana təzyiq edir, dolanışıq və güzəran çətinləşir, insanın həyatı qaralır və səbri daralır. Bəzən çabaladıqca düyənlər bir az da çoxalır və çətinlik bir az da möhkəmlənir. Bəzən belə vəziyyətdə ümidsizliyə qapılır və bəzən də Allahdan da şikayətçi oluruq ki, nə üçün bir iş görmür, nə üçün bu belə olur. 

Belə məqamlarda diqqətli olmalıyıq ki, ümidsizlik və məyusluq Allahın qırmızı xəttidir, ciddi və çox da dolu bir xətt və şeytani bir haldır.


Allahın rəhmətindən naümid olmaq nə deməkdir? 


Yəni, İlahi, Sən artıq bu işləri və bizi idarə edə bilmirsən, Sən bacarmadın! Bəndələrin rizq-ruzisini müdiriyyət edə bilmədin, yaratdıqlarının ruzusini verməkdən acizsən! 

Niyə? Axı bu qədər də aclıq və səfalət olar? Bu qədər də yoxsulluq olar? Bu qədər sadə şeylər ki, bizim ürəyimiz istəyir, amma düzəlmir. İnsanlara nə qədər zülm edilir, amma zalimlər öz kefindədirlər! 

Bu qədər hərc-mərcliyin düzəlməsinə ümid yoxdur! 

Böhranlı bir şəraitdə ki, problemlər dağ kimin bir-birinin üzərinə yığılıb, bizi giriftar edib, nenə Allahın rəhmətinə ümid edə bilərik?


Bu məyusluq və ümidsizliyi özündən uzaqlaşdırmaq üçün:


1- Əvvələn problemlərin mənşəyini öyrənməlisən. Çox vaxt problemlərin mənşəyi elə Allahdan uzaq düşmək və onun rəhmətindən naümid olmaqdır.

2- Allahın sənə verdiyi və hazırda olan nemətlərini say və gör onların şükrünü yerinə yetirə bilibsənmi?

3-  Səndə olan nemətlərin başqasında olmamasını düşün və buna görə çoxlu şükr et.  

4- Bil ki, dünyanın çətinlikləri hər bir mömin üçündür, imtahandır və keçicidir. 

5- Və düşün ki, bu dünya ümumiyyətlə rahatlıq və asayiş məkanı deyil, möminin zindanıdır.


Mirməhəmməd Bəşir


www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))