Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Əfsəddin
Elcan Abbasov 23 sentyabr 2000-ci ildə Mingəçevir rayonunda doğulub.2007-2017-ci illərdə Mingeçevirdə təhsil almışdır.Uşaq yaşlarında güləşlə məşğul olmuşdur.
Elcan Abbasov təhsilini başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Elcan Abbasov 2020-ci il noyabrın 11-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.Elcan Abbasov oktyabrın 21-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Rəşadət ordeni ” ilə təltif edilmişdir.
Zəhmətkeş, mehriban, mərd bir insan idi.
Ana: Nəsibova Ulduz Nadir qızı Qardaş: Abbosov Fərid Əfsəddin oğlu