Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Rizvan
Abbasov Səxavət Rizvan oğlu 25 aprel 2000-ci ildə Xırdalan şəhərində dünyaya gəlib. Səxavət evin tək övladı idi. Orta təhsilini Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə alıb. Güləşin yunan-roma növü ilə məşqul olan Səxavət həmdə musiqi bacarıqı ilə yadda qalıb. O dostları arasında şən zarafatçıl biri kimi tanınardı. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb.
Abşeron rayonu, Xırdalan şəhər sakini, 20 yaşlı Səxavət Abbasov müharibə başlayanda könüllü olaraq cəbhəyə yola düşüb. Döyüşlərdə qorxmazlığı ilə seçilib və düşmənlə mübarizədə həmişə öndə olub. Anası ilə danışanda "məndən nigaran qalmayın, Vətən borcunu verib qayıdacağam" deyib.
"Övladdan da şirindir nəvə" deyən nənəsi Üsarə Mirzəquliyeva Səxavətlə fəxr edir. Deyir ki, nəvəsi evin tək övladı olmasına baxmayaraq, müharibə başlayandan iki gün sonra cəbhəyə yola düşüb.
20 yaşlı qəhrəmanımızla çiyin-çiyinə düşmənə sinə gərən döyüş yoldaşları deyirlər ki, Səxavət çox mərd oğul olub. Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətlərində düşmənlə mübarizədə qalib kimi çıxıb. Sonuncu döyüşü isə Ərgünəş dağı ətrafında olub. Yaralı döyüş yoldaşı, həm də yaxın dostu olan Rəşad Mehdiyevi xilas edərkən düşmənin atdığı minamyot qəlpəsi onların ikisinin də həyatına son qoyub.
Səxavət Abbasov oktyabrın 20-də şəhid olub və Xırdalan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Prezidentinin Sərəncamına əsasən Abbasov Səxavət ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Abbasov Səxavət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, mehriban, bacarıqlı, ailəcanlı insan olub.
Ata: Abbasov Rizvan Həsən oğlu Ana: Abbasova Mayisə Əlhəm qızı