Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Fəqan
Abdullayev Seyfi Fəqan oğlu 1994-cü il sentyabr ayının 22 -də Bakı şəhəri Sabunçu rayonunda anadan olmuşdur. Seyfi Abdullayev orta təhsilini Bakı şəhəri 148 saylı tam orta məktəbində almışdır.
2012 ci ildə orta məkti bitirib və 2013 oktyabr ayında hərbi xidmətə yola düşüb. Hacıqabul və Naxcıvan Muxtar Respublikasında Daxili Qoşunıarının N saylı hərbi hissəsində xidmət edib və 2015 ci il aprel ayının da hərbi xidməti başa vurub.
Seyfi Abdullayev müəyyən işlərdə çalışıb və 2019 ci il yanvar ayında Daxili İşlər Nazirliyinin, Əlahiddə Çevik Polis Alayının Xüsusi təyinatlı taborunda polis nəfəri kimi xidmətə başlayıb. Daha sonra isə polis serjantı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində çalışmağa başlamışdır.
19 sentyabr 2023 ci ildə Xocəvəndin Tağaverd kəndində lokal antiterror zamanı ermənilərin mina terroru nəticəsində şəhid olub.
Abdullayev Seyfi Fəqan oğlu Şamaxı rayonu Qəleybuğurd kənd qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Abdullayev Seyfi Fəqan oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı təltif edilmişdir.
Gənc, vətənpərvər, qorxmaz insan idi.
Ata: Abdullayev Fəqan Seyfi oğlu Ana: Abdullayeva Şövqiyyə Əlmustafa qızı Qardaş: Abdullayev Rasim Fəqan oğlu