Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Məhərrəm
Taleh Məhərrəm oğlu Abdullayev 1993-cü il 6 iyunda Gəncədə anadan olub. Gəncədəki 25 nömrəli tam orta məktəbi bitirib.
2011-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidməti başa vurduqdan sora ailə həyatı qurub. 2020-ci il sentyabrın 27-də yenidən hərbi xidmətə çağrılıb.
Taleh Abdullayev Tərtər rayonu Suqovuşan kəndi, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib.
17 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Gəncə Şəhidlər Xiyabanında dəfn olunub
Taleh Abdullayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunması uğrunda", "Qubadlının azad olunması uğrunda", "Hərbi xidmətə görə" medallari ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Taleh Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Çox mehriban, ailəcanlı, vətənpərvər insan olub.
Ana: Qasımova İradə Vaqif qızı Həyat yoldaşı: Abdullayeva Aysel Mehman qızı Qızı: Abdullayeva Damla Taleh qızı Oğlu: Abdullayev Vaqif Taleh oğlu