Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Əlövsət
Asif Abışov 1992-ci il mayın 16-da Bərdə rayonunun Lək kəndində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Asif Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asif Abışov noyabrın 2-də Xocavənd döyüşləri zamanı şəhid olub. Bərdə rayonunun Lək kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Abışov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Prezidentinin Sərəncamına əsasən Asif Abışov 3-cü dərəcəli “Vətənə Xidmətə görə” medalı ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Asif Abışov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Valideyinlərinin dediyinə görə ailəcanlı, vətənpərvər, mehriban, torpağına bağlı bir insan olub. Torpağın azad olunduğu günü görmək arzunda idi.
Ata: Abışov Əlövsət Əvəz oğlu Ana: Abışova İsbət Habil qızı Bacı: Abışova Şərafət Əlövsət qızı Qardaş: Abışov Arif Əlövsət oğlu