Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Vaqif
Abıyev Vasif Vaqif oğlu 1986-ci il dekabrın 28-də Lənkəran şəhəri Nərimanabad qəsəbəsində anadan olub. Könüllü olaraq ordu sıralarına yazılıb və yeganə övladını anasına əmanət edərək müharibəyə yollanıb.
Füzuli istiqamətində gedən ağır döyüşlərdə ayağından yaralanmasına baxmayaraq geri dönməyib, son nəfəsinə qədər düşmənlə üz-üzə vuruşaraq şücaət göstərib.Yalnız bir dəfə oktyabrın 3-ü oğlu ilə telefonla danışıb.
Yaxınlarının sözlərinə görə, oktyabrın 3-dən bu yana ondan xəbər ala bilməyiblər. Bir gecə komandiri Vasifi yuxuda görür və şəhid ona yerini göstərərək deyir: "Sən orada yatmısan, mən isə üşüyürəm! Gəl götür məni!" Yuxudan təsirlənən komandir dərhal həmin yerə gedir və Vasifin mübarək nəşini orada tapır.
Abıyev Vasif şanlı tarixə adını qızıl hərflərlə yazaraq oktyabrın 5-i şəhidlik zirvəsinə ucalıb. Dekabrın 1-də yaşadığı yerə gətirilərək dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” , "Xocavəndin azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Abıyev Vasif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Çox mehriban, gülərüz, ailəcanlı, mərd bir insan idi.
Ata: Abiyev Vaqif Ağamoğlan oğlu Ana: Abiyeva Xatirə Kəlbihüseyn qızı Bacı: Abiyeva Sima Vaqif qızı Oğlu: Abiyev Vüsal Vasif oğlu