Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Mehti
Faiq Mehdi oğlu Adgözəlov sentyabrın 1-i 1996-cı ildə Yevlax rayonunun Nemətabad kəndində anadan olub. 2014-2016-cı illərdə həqiqi hərbi xidmətini Daşkəsən rayonunun təmas xəttində keçib. Hərbi xidmətdən tərxis edildikdən sonra 2017-ci ildə yenidən müddətdən artıq hərbi xidmət qulluqçusu kimi orduya qayıdıb. Gənc Faiq bir neçə dəfə keçirilən ordu oyunlarının iştirakçısı olub, beynəlxalq ordu yarışlarında isə ölkəmizi təmsil edib.
Faiq Adgözəlov Vətən müharibəsi dövründə Gülüstan, Ağuçuq, Talış-Suqovuşan istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib. 29 sentyabr 2020-ci il tarixində Ağuçuq istiqamətində qarşı tərəfin əlaqə yolunu kəsərək hücum edən düşmən tankının irəliləməsinə əngəl olub. Suqovuşan istiqamətində düşmənin hücuma keçən PDM-2 zirehli texnikasını sıradan çıxarıb. Faiq 2020-ci il oktyabrın 10-da düşmən mövqeyinə hücum zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən Faiq Adıgözəlov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Faiq Adgözəlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, ailəcanlı dürüst, böyük-kiçik yeri bilən biri idi.
Ata: Adgözəlov Mehdi Urmu oğlu Ana: Adgözəlova Sevil Əlsahib qızı Qardaş: Adgözəlov Mikayil Mehdi oğlu Qardaş: Adgözəlov Müşviq Mehdi oğlu