Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Əli
Cəmil Adıgözəlov 29 aprel 2002-ci ildə Sabunçu rayonu Ramana qəsəbəsində anadan olub. 2019-cu ildə Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən orta məktəbi bitirərək 2020-ci ilin aprel ayında hərbi xidmətə yollanıb.
Cəmil Vətən müharibəsi zamanı Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Cəmil Adıgözəlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, mehriban və mülayim insan idi.
Ata: Adıgözəlov Əli Cəmil oğlu Ana: Adıgözəlova Svetlana Viçislov qızı Bacı: Adıgözəlova Valentina Əli qızı Bacı: Adıgözəlova Günay Əli qızı