Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Etibar
Ağayev Ceyhun Etibar oğlu 1987-ci il aprel ayının 29 -da Salyan rayonu, Şorsulu kəndində anadan olmuşdur. Ceyhun Ağayev orta təhsilini Vüqar İsmayılov adına Şorsulu kənd orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ceyhun Ağayev 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Ceyhun Ağayev Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Tərtər rayonu Canyataq kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ceyhun Ağayev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, ailəcanlı, vətənpərvər insan idi.
Ata: Ağayev Etibar Məhəmməd Ana: Ağayeva Gülqayıt Abas qızı Qardaş: Ağayev Ehtiram Etibar oğlu Bacı: Hümbətova Turanə Etibar qızı Həyat yoldaşı: Ağayeva Nuranə Adil qızı Oğlu: Ağazadə Mirəziz Ceyhun oğlu Qızı: Ağazadə Türkan Ceyhun qızı