Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Polad
Ağayev Nürəddin Polad oğlu 1943-cü il 10 aprel tarixində Yevlax şəhərinin Əlibayramlı kəndində doğulmuşdur. 1952-ci ildə Əlibayramlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1960-cı ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. 1960-cı ildə Yevlax şəhərindəki gecə məktəbinə daxil olmuşdur. 1962-1965-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1965-ci ildə Tikinti Texnikumuna qəbul olmuş, 1967-ci ildə həmin təhsil müəssisəsini bitirmişdir. 1968-ci ildə Gəncə şəhərində fəaliyyət göstərən ərzaq mağazalarının birində işləmişdir. 1969-cu ildə Ağayeva Cəvahir Yunis qızı ilə ailə həyatı qurmuşdur. 1975-ci ildən Gəncə şəhər Su idarəsində mühəndis, daha sonra isə anbardan vəzifəsində çalışmışdır. 2003-cü ildə Gəncə şəhərində yerləşən Avtobus qarajında gözətçi vəzifəsində çalışmışdır. 2007-ci ildən təqaüdə çıxmışdır. Beş övlad atası idi. Gəncə şəhər sakini Ağayev Nürəddin Polad oğlu 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin Gəncəni raket atəşinə tutması nətcəsində həlak olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Ağayev Nürəddin Polad oğluna şəhid statusu verilmişdir.
Ailəcanlı, sakit xasiyyətli, övladlarını və nəvələrini sevən, qayğıkeş ata, mehriban baba idi.
Ata: Ağayev Polad Hüseyin oğlu Ana: Ağayeva Zəri İsa qızı Bacı: Ağayeva Şövkət Polad qızı Qardaş: Ağayev Eyvaz Polad oğlu Bacı: Ağayeva Göyçək Polad qızı Bacı: Ağayeva Sərfinaz Polad qızı Həyat yoldaşı: Ağayeva Cəvahir Yusif qızı Oğlu: Ağayev Allahverdi Nürəddin oğlu Oğlu: Ağayev Faiq Nürəddin oğlu Oğlu: Ağayev Ramiz Nürəddin oğlu Oğlu: Ağayev Eldəniz Nürəddin oğlu Qızı: Ağayeva Aytəkin Nürəddin qızı