Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Ağarəhim
Ramil Ağayev 20 sentyabr 1994-cü ildə Sabirabad rayonunda anadan olub. Ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində alıb. Digah Ərazi nümayəndəliyində müdür müavini vəzifəsində, daha sonra isə Abşeron Rayon İcra Hakimiyyətində Tikinti-Memarlıq şöbəsində baş mütəxəssis vəzifəsində işləyirdi. Ailəli olan qəhrəmanımızın Firuzə adında 10 aylıq körpəsi var.
Azərbaycan Ordusunun əsgəri olan Ramil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Ağayev oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid olub. Doğulduğu Sabirabad dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ramil Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Səmimi, mehriban təvazökar insan olub. Yaxınlarının dostlarının daima qayğısına qalıb. Ehtiyacı olanlara köməklik göstərib.
Ata: Ağayev Ağarəhim Babalı oğlu Ana: Ağayeva Şəhla Həmidulla qızı Həyat yoldaşı: Ağayeva Lamiyə Elçin qızı Qızı: Ağazadə Firuzə Ramil qızı