Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Kərim
Ataşov Asif Kərim oğlu 10 aprel 2002-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olub.
Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Asif 2008-ci ildə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir.
2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidməti borcunu ləyaqətlə yerinə yetirən igid əsgər Asif Ataşov Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında 01 oktyabr 2020-ci il tarixdə Tərtər rayonu Dəmirçilər kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Subay idi.
Xırdalan şəhər Şəhidlər məzarlığında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Ataşov Asif Kərim oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, Ağdamın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ataşov Asif Kərim oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sakit təbiətli, vətənpərvər, güzlərüz insan olub.
Ata: Ataşov Kərim Sovet oğlu Ana: Ataşova Şərafət Vahid qızı Qardaş: Ataşov Samir Kərim oğlu Qardaş: Ataşov Elcan Kərim oğlu