Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Hüseyn
Əfqan Hüseyn oğlu Axundov 16 fevral 2000-ci ildə Salyan şəhərində anadan olub.
Ailədə bir qardaş, bir bacı olublar. Əfqan 2015-ci ildə Salyan şəhər 1 saylı humanitar məktəbin 9-cu sinfini bitirərək, Dənizçilik Kollecinə daxil olub.
Əfqan 2019-cu ildə Dənizçilik Kollecini bitirərək hərbi xidmətə yollanıb. Tərtərdə qulluq edib.
Əsgər Əfqan Axundov oktyabr ayının 16-da şəhid olsa da uğrunda canından keçdiyi torpağa oktybar ayının 29-da tapşırılıb. Şəhid olmuş komandirin və əsgərinin nəşini düşmənin atəşi altında olan mövqedən bir müddət çıxarmaq mümkün olmayıb.
Azərbaycan Prezidentinin Sərəncamına Əsasən Axundov Əfqan ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Axundov Əfqan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mehriban, cəsur, qayğıkeş insan olub.
Ata: Axundov Hüseyn Feyzulla oğlu Ana: Axundova Xoşgül Ağayar qızı