Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: İntiqam
Eşqin Axundov 2000-ci il 3 yanvar tarixində Gəncə şəhərində anadan olub.
2007-ci ildə Gəncə şəhər 44 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir.Məktəbdə oxuduğu müddətdə həmişə öz təlim-tərbiyəsi ilə digər şagirdlərdən seçilmişdir. 2017 -ci ildə həmin məktəbi bitirərək Peşə Liseyinə qəbul olmuşdur.2019-cu ildə Peşə Liseyini müvəffəqiyyətlə bitirmişdir. 2019-cu ilin İyul ayında Hərbi xidmətə yollanmışdır.
2019-cu ildə Hərbi xidmətə yollanmışdır. Öz Hərbi xidmətində daim fərqlənmiş,özünün cəsurluq, vətənpərvərliyi ilə seçilmişdir. 2020-ci il Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayan gündən döyüşlərdə cəsurcasına iştrak etmişdir.Hərbi xidmətdə olduğu kimi iştirak etdiyi döyüşlərdə də öz cəsurluq, igidliyi, vətənpərvərliyi ilə seçilmişdir. 2020-ci il 3 Noyabr Xocavənd uğrunda gedən döyüşlərdə öz döyüş yoldaşları ilə birlikdə q2əhrəmancasına şəhid olmuşdur.
Şəhid Eşqin Axundov döyüşlərdə göstərdiyi cəsurluq,vətənpərvərliyə görə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif edilib.
Çox tərbiyəli, sakit, mehriban, köməyə ehtiyacı olan hər kəsə kömək etməyi sevən insan idi.
Ata: Axundov İntiqam Nofəl oğlu Ana: Məmmədova Elnarə Cəmil qızı Bacı: Axundova Səkinə İntiqam qızı Bacı: Axundova Flora İntiqam qızı