Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Mirilham
Əmirxan Babayev Mirilham Oğlu 28 noyabr 1998-ci ildə Bakı şəhəri Yeni Suraxanı qəsəbəsində dünyaya göz açmışdır. İlk təhsilini Suraxanı Rayon 89 nömrəli tam orta məktəbdə almışdır.
18 yaşında həqiqi hərbi xidmətə yollanıb və hərbi xidmətini başa vurub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib. Fəallığına görə fərqlənən Əmirxan, 18 oktyabr 2020-ci ildə Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
O böyüyüb boya-başa çatdığı Yeni Suraxanı qəsəbəsində dəfn edilib.
Azərbaycan Prezidentinin Sərəncamına əsasən Əmirxan Babayev ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mülayim, sakit və ağır təbiətli insan olub.
Ata: Babayev Mirilham Aramxan oğlu Ana: Hüseynova İradə Vəkil qızı Bacı: Babayeva Seyidxanım Mirilham qızı Qardaş: Babayev İmaməli Mirilham oğlu