Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Taqət
Ramil Babayev 1991-ci il dekabrın 12-də Kürdəmir rayonunun Şilyan kəndində anadan olub.
Azərbaycan Ordusunun baş leytenantı olan Ramil Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramil Babayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il yanvarın 31-də Kürdəmir rayonunda dəfn olunub.
Azərbaycan Prezidnetinin Sərəncamlarına əsasən “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" medalları və “3-cü dərəcəli Rəşadət” ordeni ilə təltif edilib.
Anası: Ramil körpəlikdən göyçək, sarışın, toppuş uşaq olub. Qohum-qonşunun, tanış-bilişin sevimlisi idi. Ramil müharibə filmlərinə çox baxırdı. Uşaq vaxtı da oyuncaq avtomat, tapança, tankla oynayardı. Böyüdü Hərbi Akademiyaya daxil oldu. Oranı əla qiymətlərlə bitirdi. Diplomunu evə gətirəndə həm sevindim, həm də ağladım. O, artıq mənim yox, vətənin oğlu, əsgəri idi. Ramil işinin çətinlikləri barədə heç vaxt danışmazdı. Aprel döyüşlərində iştirak etməsindən, Lələtəpə uğrunda döyüşməsindən bir il sonra xəbər tutduq. Ramil erməni dilini bilirdi, kəşfiyyatçı ixtisası seçəndə öyrətmişdilər. İtkin düşəndən sonra eşitdik ki, o dəfələrlə erməni tərəfə kəşfiyyat üçün keçibmiş. Evimizə son gəlişi sentyabrın 25-də oldu. O görüş son görüş, son vida oldu.
Ata: Babayev Taqət Şamxal oğlu Ana: Babayeva İlhamə Camal qızı Həyat yoldaşı: Babayeva Türkan Cavid qızı Qızı: Babayeva Mədinə Ramil qızı Oğlu: Babayev Ramil Ramil oğlu Bacı: Babayeva Ramilə Taqət qızı Qardaş: Babayev Röyal Taqət oğlu Bacı: Xanalıyeva Leyla Taqət qızı