Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Fəxrəddin
Babayev Rauf Fəxrəddin oğlu 2001-ci ildə Xaçmaz şəhərində anadan olub. 2007-2018-ci illərdə Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə təhsil alıb.
Üç bacının tək qardaşı olan Rauf hələ uşaq yaşlarında atasını itirib, ailəsinin yükünü öz çiyinlərinə götürüb.
Rauf 2019-cu ilin iyulunda Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətə yollanıb. Goranboy rayonunda xidmətdə olub. Rauf hərbi xidmətə gedərkən anasına söz verərək deyib ki, “Ana, mən Qarabağı alıb gələcəyəm”.
Gənc şəhid sözünü tutub. İkinci Qarabağ müharibəsi döyüşlərində Rauf Babayev qəhrəmanlıq göstərən, ön xəttdə döyüşən əsgərlərimizdən biri olub. Oktyabrın 1-də Tapqaraqoyunlu kəndi və Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanaraq, 19 yaşında şəhidlik zirvəsinə ucalıb.
Rauf Babayev okyabrın 6-da Xaçmaz rayon qəbristanlığında torpağa tapşırılıb.15 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rauf Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Anasının sözlərinə görə, Raufun uşaqlıqdan hərbiyə böyük marağı var idi. Daima hərəkətli aktiv uşaq olduğu üçün, valideyinləri onu güləş ilə məşğul olması üçün şərait yaratmışdılar. Rauf həmçinin məktəbdə də sayılıb seçilən şagirdlərdən olub. Müəllimləri onu hər zaman nizam-intizamına görə tərifləyirdilər.
Ata: Babayev Fəxrəddin Şirinbala oğlu Ana: Babayeva Simuzər Nadir qızı Bacı: Babayeva Ülkər Fəxrəddin qızı Bacı: Babayevə Bənövşə Fəxrəddin qızı Bacı: Babayeva Nailə Fəxrəddin qızı