Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Sarıbala
Babayev Sahil Sarıbala oğlu 21 sentyabr 1992-cı ildə Masallı rayonu Ərəb kəndində anadan olmuşdur. Orta təhsilini Masallı rayonu, Hacıtəpə kənd tam orta məktəbində almışdır.
Azərbaycan Daxili Qoşunlarının hərbi qulluqçusu olan Babayev Sahil Sarıbala oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 21 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Daxili Qoşunlarının hərbi qulluqçusu Babayev Sahil Sarıbala oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Ailəli idi, Vətənə yadigar 3 övladı qalmışdır.
Şəhid Babayev Sahil Masallı rayonu Ərəb kənd qəbiristanlığında dəfn edilmişdir.
Mərd, cəsur, səmimi, qorxusuz
Ata: Babayev Sarıbala Salman oğlu Ana: Babayeva Aminə Ulduzəli qızı Həyat yoldaşı: Babayeva Nərmin Alim qızı Oğlu: Babayev Samir Sahil oğlu Oğlu: Babayev Elçin Sahil oğlu Qızı: Babayeva Milay Sahil qızı