Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Yunus
Elçin Yunus oğlu Bağırov 1994-cü ildə anadan olub. İkinci Qarabağ müharibəsinə könüllü gedən Elçin Bağırov sentyabrın 21-dən təlimlərə qatılıb və müharibənin ilk günlərindən ön cəbhədə döyüşüb.
2020-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elçin Yunus oğlu Bağırov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elçin Yunus oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Tərbiyəli, böyüklərə, kiçiklərə hörmətlə yanaşan, işində məsuliyyətli biri olub.
Ata: Bağırov Yunus Balakişi oğlu Ana: Bağırova Validə Azay qızı