Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Yusif
Bağırov Ramiz Yusif oğlu 1958-ci ildə Gəncə şəhərində doğulmuşdur. 1965-ci ildə Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir. 1976-cı ildə Gəncə şəhər 89 nömrəli texniki peşə məktəbinə daxil olmuş, “Kino-mexanik” peşəsi üzrə təhsil almışdır. 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuş, xidməti borcunu Rusiya Federasiyası (o vaxtkı SSRİ), Primorsk Vilayətinin Vladivostok şəhərində yerinə yetirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə şəhərindəki “Billur” zavodunda çilingər-mexanik işləmiş, eyni zamanda Azərbaycan Texnologiya İnstitutunun (indiki UTECA) axşam şöbəsində təhsil almışdır. O, 2006-ci ilə qədər “Billur” zavodunda işləmişdir. Ailəli, Iki övlad atası idi.
Ramiz Bağırov 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Bağırov Ramiz Yusif oğluna şəhid statusu verilmişdir.
Xoş xasiyyətli, ailəcanlı, deyib gülən, sevdiklərinin yanında olan insan idi.
Ata: Bağırov Yusif Abduləli oğlu Ana: Bağırova Rübabə Ələsgər qızı Bacı: Bağırova Sevil Yusif qızı Bacı: Bağırova Gülsüm Yusif qızı Bacı: Bağırova Gülnaz Yusif qızı Bacı: Bağırova Həcər Yusif qızı Bacı: Bağırova Ulduz Yusif qızı Qardaş: Bağırov Abduləli Yusif oğlu Həyat yoldaşı: Bağırova Rəna Bəşir qızı Qızı: Bağırova İlahə Ramiz qızı Oğlu: Bağırov Yusif Ramiz oğlu