Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Hənifə
Bağırov Ülvi Hənifə oğlu 22 mart 2001-ci ildə Salyan rayonunda anadan olmuşdur. Orta təhsilini Əliağa Kürçaylı adına orta təmayüllü liseydə aldıqdan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuşdur.
Vətən Müharibəsində iştirak edən Ülvi Bağırov bir sıra rayonlarımızın azad edilməsində böyük rəşadət göstərib. Vətən Müharibəsində iştirakına görə Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Bağırov Ülvi Hənifə oğlu Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı 19 sentyabr 2023-cü il tarixində ağır yaralanır və 7 ay komadan qaldıqdan sonra 07 aprel 2024-cü il tarixində Hərbi Hospitalda şəhidlik zirvəsinə ucalır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Bağırov Ülvi Hənifə oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Vətənpərvər, şən, mehriban insan idi. Nizam-intizamı ilə seçilirdi
Ata: Bağırov Hənifə Rza oğlu Ana: Bağırova Gülxas Rza qızı Bacı: Bağırova Zöhrə Hənifə qızı