Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Allahyar
Ruslan Baladov 18 sentyabr 1997-ci ildə Hacıqabul rayonunda anadan olub. Hacıqabul rayon N.Ağayev adına 4 saylı tam orta məktəbin 9-cu sinifini bitirdikdən sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində təhsil alıb.
2016-cı ildə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan qısa müddət sonra isə yenidən taleyini Ordu ilə, MAXE həqrbi qulluqçu kimi fəaliyyət göstərməyə başlayıb.
Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan MAXE hərbi qulluqçu Ruslan Baladov Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı 27 sentyabr 2020-ci il tarixdə Suqovuşan və Talış kəndi istiqamətində gedən ağır döyüşlərdə şəhid olub.
4 Oktyabr 2020-ci ildə Hacıqabul Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Prezidentinin Sərəncamlarına Əsasən Baladov Ruslan ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Baladov Ruslan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Saf və mərhəmətli dost, ana və ataya qarşı qayğıkeş övlad, mehriban və cəsur insan olub.
Ata: Baladov Allahyar Xudayar oğlu Ana: Baladova Elnarə Tahir qızı