Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Azər
Cavid Bayramov 1997-ci il iyunun 29-da Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhər 93 N-li məktəbdə alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinin Nəqliyyat və Logistika fakültəsinə qəbul olunub. Vətən Müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılan Cavid Bayramov 2020-ci ilin oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub
Şəhidimizin atası Azər Bayramov deyir ki, oğlu zarafatçıl olub. Onunla çiyin-çiyinə döyüşən yoldaşları bildiriblər ki, Cavidin yerində etdiyi zarafatları onların üzünü həm güldürür, həm də ruhlandırırmış. Azər Bayramovun sözlərinə görə, övladı Füzuli uğurunda gedən ağır döyüşlərdə şəhadətə qovuşub. Elə şəhid olmazdan cəmi 10 dəqiqə əvvəl də son dəfə atası ilə danışıb.
Cavid Bayramov Füzuli və Cəbrayıl uğurunda gedən ağır döyüşlərdə böyük şücaətlər göstərib. Onu bu qəhrəmanlıqlarına görə, dövlət başçısı ölümündən sonra ''Vətən uğurunda'' , “Füzulinin azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə'' medalları ilə təltif edib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Cavid Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, geniş ürəkli, yardımsevər, məntiqli, hər bir işi planlaşdırmaq qabiliyyətinə malik olan biri idi.
Ata: Bayramov Azər Aydın oğlu Ana: Bayramova Kəmalə İsmayıl qızı Qardaş: Bayramov Xalid Azər oğlu