Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: İslam
Bayramov Elvin İslam oğlu 1999-cu il iyulun 8-də Bakı şəhərində anadan olub. İki bacının yeganə qardaşı olan E.Bayramov 2005-ci ildə 298 saylı məktəbdə birinci sinfə başlayır. 2016-ci ildə məktəbi bitirərək Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Almaniya üzrə regionşünaslıq ixtisasına daxil olub. O, 2020-ci ildə ali təhsilini bitirib həqiqi hərbi xidmətə yola düşüb.
2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Füzuli istiqamətində igidlik və fədakarlıq göstərən E.Bayramov oktyabrın 26-da qəhrəmancasına döyüşərək, şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Elvin Bayramov ölümndən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elvin Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, ziyalı, yardımsevər insan olub. Müharibə vaxtında ailəsi ilə telefonla danışan zaman sona qədər vuruşacağını bildirib. “Mən kişiyəm, sonacan vuruşacam, ölüm varsa mən də öləcəm.” deyib və son sözləri olub.
Ata: Bayramov İslam Paşa oğlu Ana: Bayramova Dürrə Şəmistan Bacı: Ağamalıyeva Bahar İslam qızı Bacı: Bayramova Sitarə İslam qızı