Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Namiq
Bayramov Tapdıq Namiq oğlu 1998-ci il oktyabrın 31 -də Quba rayonu, Qonaqkənd qəsəbəsində anadan olmuşdur. Tapdıq bayramov orta təhsilini Aslan Aslanov adına Qonaqkənd orta məktəbində almışdır.
Azərbaycanın hərbi qulluqçusu Tapdıq Bayramov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş hərbi qulluqçu Tapdıq Bayramov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Sakit, ağır təbiətli, olduqca ailəcanlı, vətənpərvər biri idi. İdmanı çox sevirdi
Ata: Bayramov Namiq Tapdıq oğlu Ana: Bayramova Nailə Beykəs qızı Bacı: Seyidova sahilə Namiq qızı Bacı: Kərimova Xədicə Namiq qızı