Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: İlham
Cabbarov Muraz İlham oğlu 7 mart 2000-ci ildə Daşkəsən rayon Zağalı kəndində anadan olub. Daşkəsən rayonu Qazaxyolçular adına tam orta məktəbini bitirib.
Daşkəsən rayon Zağalı kənd sakini, 18 yaşlı Cabbarov Muraz İlham oğlu Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olub. Az bir zamanda döyüş sirlərinə sahiblənən və bir çox silahlardan istifadə etməyi bacaran gənc əsgərin xidməti dövründə Vətən müharibəsi başlayıb. O, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 30-da şəhid olub .
Döyüşlərdə göstərdiyi igidliklərə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə III dərəcəli “Rəşadət” ordeni, “Kəlbəcərin azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Vətən uğrunda” medalı “Cəsur döyüşçü” medalı ilə təltif olunub.
Vətənpərvər, qoçaq, igid, cəsur, mərd birisi olub. Döyüş yoldaşları və komandirləri onun döyüşdə fəal olduğunu və qorxmaz olduğunu bildiriblər
Ata: Cabbarov İlham Müzəffər oğlu Ana: Cabbarova Zeynəb Kərim qızı Qardaş: Cabbarov Tacir İlham oğlu Qardaş: Cabbarov Anar İlham oğlu Qardaş: Cabbarov Müzəffər İlham oğlu Qardaş: Cabbarov Yusif İlham oğlu