Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Yusif
22 yanvar 1997-ci ildə Lənkəran rayonunun Şirinquyu kəndində dünyaya gələn Əmrah Cəfərli ailəsinin ikinci övladı olub. O, Hərbi Komissarlığın nəzdindəki sürücülük məktəbini bitirmişdi. Yük maşını sürücüsü idi. Əmrahın ən böyük arzusu hərbçi olaraq Qarabağı azad etmək imiş, hətta bu arzusunu sinif yoldaşlarının xatirə dəftərinə də yazıb. Bu arzu ilə o, Vətən müharibəsi başlamazdan iki ay öncə könüllü olaraq ordu sıralarına yazılıb. Müharibə zamanı Əmrah əsasən Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Əmrah Cəfərli oktyabrın 15-də Xocavənd rayonu uğrunda gedən döyüşdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub. Ölümü ilə ölümsüzlüyü qazanan, böyük qələbəmizdə payı olan Əmrah Cəfərli şəhadətindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı (15.12.2020) ilə "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Zarafatcıl, gülərüz, istiqanlı, mərd bir insan idi.
Ata: Cəfərov Yusif Yədulla oğlu Ana: Cəfərova Xanımqız Mirhəbib qızı Bacı: Cəfərova Zeynəb Yusif qızı Qardaş: Cəfərov Binyaz Yusif oğlu