Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Cəmaləddin
Cəfərov Ayxan Cəmalləddin oğlu 1996-ci ilin sentyabrın 6-da Cəlilabad rayonun Üç təpə kəndində anadan olub. Qəhrəman şəhidimiz 2015-ci ilin iyul ayında hərbi xidmətə çağrılıb. Hərbi xidmətdə olduğu müddətdə kəşfiyyatçı ixtisası üzrə tam kurs keçib. Ayxan 2016-ci ildə aprel döyüşlərində də iştirak edib. Hərbi xidməti başa çatdırdıqdan sonra ehtiyata buraxılıb. 28 sentyabr cəbhədə yaranan vəziyyəti eşidən Ayxan Müdafiə Nazirliyinin səhifəsinə kəşfiyyatçı olduğunu döyüşlərdə iştirak etmək istədiyini yazıb.
28 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağırılıb. 29 sentyabr 2020-ci ildə Ağcabədi korpusunda könüllülər dəstəsinə yazılaraq Füzuli bölgəsində döyüşüb. Füzuli döyüşlərində snayperçi kimi iştirak edən Ayxan Cəfərov 15 oktyabr 2020-ci ildə düşmənlə üzbə-üz döyüşdə qəhrəmancasına şəhid olub. 17 oktyabr 2020-ci ildə Cəlilabad rayounu Üçtəpə kəndində dəfn edilib.
Göstərdiyi qəhrəmanlıqlara görə, Vətən uğrunda medalı, "Qubadlının azad olunmasına görə" və "Cəbrayıln azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Cəfərov Ayxan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qorxmaz, mərd, cəsur, vətənpərvər gənc olub.
Ata: Cəfərov Camaləddin Sabir oğlu Ana: Cəfərova Fəxmirə Ələsgər qızı Qardaş: Cəfərov Xəqani Camaləddin oğlu Bacı: Cəfərova Dəstəgül Camaləddin