Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: İlham
2 may 1995 ci ildə Gədəbəy Rayonunun Nova İvanovka kəndində anadan olmuşdur. Nişanlı idi.
Azərbaycan Xüsusi Təyinat Qüvvələrindən olan Cəfərov Elmar İlham oğlu 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı gedən döyüşlərdə iştirak etmişdir. Elmar 2- ci Qarabağ müharibəsindən əvvəl Aprel döyüşlərində də igidcəsinə iştirak etmiş və ayağında qəlpə qalmışdı.
Cəfərov Elmar İlham oğlu 2-ci Qarabağ müharibəsində çox güclü döyüşçü kimi tanınmış və tək məqsədi düşmənləri qovmaq yox, öldürüb torpaqlarımızdan onları birdəfəlik yox etmək olmuşdur. O, həm snayperçi, həm də topçu idi. Xəyalı polis olmaq olan İgidimiz, xəyalının gerçəkləşdiyi ərəfədə Vətənin ona ehtiyacı olduğunu bilmiş və öz borcunu ödəmək üçün Qarabağa yollanmışdı. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qolundan yaralanmış, çox qan itirməyinə rəğmən döyüşə davam etmiş və son olaraq isə çənəsinə dəyən qəlpə ilə Şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Cəfərov Elmar İlham oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Dostlarını sevib, ölümdən qorxmayıb.
Ata: Cəfərov İlham İsa oğlu Ana: Məmmədova Nazangül Namaz qızı