Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Hümbət
Əslən Qərbi Azərbaycanın Dərələyəz mahalının Ağkənd kəndindən olan Elməddin Cəfərov 21 sentyabr 1987-ci ildə Xızı rayonunun Şorabad qəsəbəsində dünyaya gəlmişdir. Orta təhsilini Şorabad qəsəbəsində Məmməd Arif Dadaşzadə adına tam orta məktəbdə alıb.
Ailəli idi, 2 övladı var.
2005-ci ilin payızında milli ordumuzun sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılmış və Gəncə şəhəri “N” saylı hərbi hissədə xidmət etmişdir. 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində təhsil alaraq "Gizir" hərbi rütbəsi alıb və həmin ildən xidmətini davam etdirmişdir. 2016-cı il Aprel döyüşlərində fəal iştirak etmişdir. 2017-ci ildə təyinatı Müşfiq qəsəbəsində yerləşən "N" saylı hərbi hissəyə verilmişdir və həmin hərbi hissədən 27.09.2020-ci ildə Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda başladılan “Vətən Müharibəsi”ndə iştirak etmişdir.
Elməddin 27 sentyabr döyüşlər başlayan ilk gündən ön cəbhədə vuruşub. Onların dəstəsi ilk dəfə 4 oktyabr tarixində pusquya düşürülür, lakin Elməddin və silahdaşları bu pusqudan sağ salamat çıxa bilirlər. O, yaralı komandirini 12 km məsafədə mərmi yağışı altında, heç bir qorxu bilmədən, öz çiyinlərində təhlükəsiz əraziyə çıxartmışdır. İkinci dəfə 8 oktyabrda pusquya düşən dəstə böyük itkilər verir. Elməddin Cəfərov aldığı qəlpə yaralarından şəhidlik zirvəsinə yüksəlir.
Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Elməddin Cəfərov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları və III dərəcəli “ Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Hər kəsi güldürən, zarafatcıl, mərd, cəsur, vətənini çox sevən, vətəni üçün hər zaman canından keçməyə hazır oğul olub.
Ata: Cəfərov Hümbət Əziz oğlu Ana: Cəfərova Zəhra Musa qızı Bacı: Nəzərəliyeva Şəhla Hümbət qızı Həyat yoldaşı: Cəfərova Aysel Namiq qızı Qızı: Cəfərzadə Sevgi Elməddin qızı Oğlu: Cəfərzadə Hümbət Elməddin oğlu