Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Raufoviç
Cəlilov Devid Rauf oğlu 2004-cü il fevral ayının 29-da Xaçmaz rayonunun Xudat şəhərində anadan olub. O, 2009-cu ildə Kərim Məhərrəmov adına tam orta məktəbin birinci sinifinə daxil olub. Devid məktəb vaxtı idmanın karate, güləş, boks, üzgüçülük növü ilə məşğul olub. O yarışlarda nailiyyət göstərib. O, 2021-ci ildə həmin məktəbdən məzun olub.
Devid Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlayır. O, daha sonra xidmətini Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə davam etdirir.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən gedən döyüş əməliyyatlarında Devid böyük şücaət göstərir.
19 sentyabr 2023 ildə Azərbaycan Ordusu lokal antiterror əməliyyatına başladı. Devid də əsgər yoldasları ilə birgə döyüşə qatıldı.
O, qızğın döyüşlər zamanı özü yaralansa da, yaralı halda döyüş ərazisindən yaralıları çıxarmaqda köməklik göstərmişdir və dahada irəli can atmışdır. Devidin döyüş yoldaşları, gecə döyüş səngiyən zaman, gəl yaranı sarıyaq, get xəstəxanaya müalicə al desələrdə, "Torpaq bizimdir, biz alacağıq, ancaq irəli" demişdir.
O, sentyabın 20-də Papravənd Agdərə istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur.
Devid təntənəli mərasimlə Xaçmaz rayon Xudat qəbiristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlər zamanı göstərdiyi igidliyə görə Cəlilov Devid, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "3-cü dərəcəli Vətənə xidmət" ordeni və "Vətən uğrunda" medalı il təltif olunub.
Ailəsinin sözlərinə əsasən Devid ailəcanlı, mehriban və səmimi insan idi. Hər kəslə mehriban rəftar edər, hər kəsə yardım etməyə çalışardı. Uşaq yaşlarından polis olmağa marağlı olan Devid, hərbi xidmətdən sonra polis olacağını deyirdi
Ata: Cəlilov Rauf Hacıyeviç Ana: Cəlilova Sevinc Muxtar qızı Bacı: Ağarəhimova Cəmilə Rauf qızı Bacı: Cəlilova Naida Rauf qızı