Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Natiq
Daşdəmirov Sahib Natiq oğlu 6 may 1995-ci ildə Bakı şəhəri, Nərimanov rayonunda anadan olub. Nərimanov rayonu 202 nömrəli məktəbdə təhsil alıb. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, "baş leytenant" hərbi rütbəsinə qədər yüksəlib.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Daşdəmirov Sahib Natiq oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunun Veysəlli kəndində şəhid olub.
Bakı şəhərində, II Şəhidlər Xiyabanında dəfn edilib.
Mərd, cəsur, qorxmaz insan olub.
Ata: Daşdəmirov Natiq Əflatun oğlu Ana: Həsənova Sahibə Həsrət qızı Qardaş: Daşdəmirov Namiq Natiq oğlu Həyat yoldaşı: Daşdəmirova Aytən İlham qızı