Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Murad
…
Müharibə dövrünün xoş xatirələri olmur təbii ki. Sadəcə döyüşdən döyüşə qazandığımız qələbələr zamanı sevinirdik. Amma hər qələbədə şəhidlərimizin olmağı bizi dərindən sarsıdırdı. Yaralı o qədər çox olurdu ki, hansısa yaralıya çatdırıb kömək edə bilməyəndə özümüzü günahkar hiss edirdik. Hələ də köməklik edə bilmədiyimiz yaralıları düşünəndə adam dəli olur...Mən özüm də Suqovuşan istiqamətində yaralıları döyüş meydanından çıxaran zaman pulemyot atəşi nəticəsində yaralandım. Heç bir şey xatırlamıram sonra. Gözlərimi açanda isə Ağdamda xəstəxanada idim. Müalicə alıb, sağalıb daha sonra yenə döyüşə qayıtmışam. Ondan sonra yenə də yaralanmışam. Demək olar ki, yaddaşımın 50 faizini itirmişəm.
Ata: Dəmirov Murad Ana: Dəmirova Dürdanə Əbil qızı Həyat yoldaşı: Dəmirova Sara Teymur qızı