Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Teymur
Dünyamalıyev İslam Teymur oğlu 25 iyun 2004-cü ildə Kürdəmir rayonu Muradxan kəndində anadan olub. Kürdəmir rayonu Muradxan kənd tam orta məktəbində orta təhsil alıb. Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına xidmətə çağrılıb.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Dünyamalıyev İslam Teymur oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunun Sırxavənd kəndində şəhid olub.
Kürdəmir rayonu Muradxan kənd qəbiristanlığında dəfn edilib.
Anası Dünyamalıyev Gülşən – İslam balacalığından çox fərqli uşaq idi. Ailədə 2-ci və sonuncu övlad olsa da mehriban, ailəcanlı, ata-ana qədri bilən idi. Atası rəhmətə getdiyindən ailəyə bağlılığı daha da artmışdı. Qardaşı ilə məni çox sevirdi. Biz onun həm dostları, həm ailəsi, həm də hərşeyi idik...Əsgərliyi qutarıb gəlməyə də az qalmışdı. Amma mənfur ermənilərin törətdiyi terrorun qurbanı oldu. Mən onsuz neyləyəcəm bilmirəm...
Ata: Dünyamalıyev Teymur İslam oğlu Ana: Dünyamalıyev Gülşən Ağalar qızı Qardaş: Dünyamalıyev Həsən Teymur oğlu