Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Qələndər
Əhmədov Elvin Qələndər oğlu 1990-cı il yanvar ayının 15-də Qazax rayonunda anadan olmuşdur. Elvin Əhmədov orta təhsilini Qazax rayonu Mehdi Hüseyn adına internat məktəbində almış, daha sonra isə Gəncə Texnologiya İnstitutuna qəbul olmuşdur.
Elvin Əhmədov Azərbaycan Respublikasının Daxili Qoşunları tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Laçın istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Daxili Qoşunlarının hərbi qulluqçusu Elvin Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Əhmədov Qələndər Əhməd oğlu Ana: Əhmədova Aşqabad Vəli qızı Bacı: Əhmədova Tünzalə Qələndər qızı Qardaş: Əhmədov Əhməd Qələndər oğlu Həyat yoldaşı: Əhmədova Ayşə Saleh qızı Qızı: Əhmədli Əsmər Elvin qızı