Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Seymur
Məftun Əhmədzadə 2 fevral 1996-cı ildə Tərtər rayonunun Evoğlu kəndində Seymur Əhmədovun ailəsində anadan olmuşdur. 2002-2013-cü illərdə orta təhsil almışdır. Subay idi.
Məftun Əhmədzadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində 18 ay sıravi əsgər kimi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə geri dönmüş, bir müddət polis orqanlarında çalışmışdır. Sonra "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına başlamışdır. Kursları bitirən Məftun Əhmədzadə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirirdi.
2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Quru Qoşunlarının hərbçisi olaraq iştirak edən Məftun Əhmədzadə 13 sentyabr 2022-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 16 sentyabr 2022-ci ildə nəşi evinə gətirilərək doğulduğu Tərtər rayonunun Evoğlu kəndində dəfn edilmişdir. Dəfn mərasimində dövlət və hökumət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, "N" saylı hərbi hissənin əsgər və zabitləri, şəhid ailələri, qazilər, veteranlar, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, Məftun Əhmədzadənin yaxınları və döyüş yoldaşları iştirak etmişlər.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Məftun Əhmədzadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Atasının dediyinə görə rəhmətlik çox cəsur və vətənpərvər oğul idi.Polis orqanlarında çalışmasına baxmayaraq öz istəyi ilə polisdən çıxmış, işğal olmuş torpaqların azad edilməsi üçün hərbi xidmətə könüllü müraciət etmişdir.
Ata: Əhmədov Seymur Əvəz oğlu Ana: Əhmədova Pərvanə Qədir qızı Bacı: Əhmədzadə Sevda Seymur qızı Bacı: Əhmədzadə Vüsalə Seymur qızı