Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Fayəddin
Əkbərov Aqil Fayəddin oğlu 1985-ci sentyabrın 14-də Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində yerləşən 266 saylı tam orta məktəbdə alan Əkbərov Aqil , daha sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin mayoru Əkbərov Aqil Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur..
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əkbərov Aqil Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, qorxmaz
Ata: Əkbərov Fayəddin Əziz oğlu Ana: Əkbərova Kəmalə Eldar qızı Həyat yoldaşı: Əkbərova Rəvayət Elşad qızı Oğlu: Əkbərov Murad Aqil oğlu Qardaş: Əkbərov Elnur Fayəddin oğlu Qardaş: Əkbərov Fəxrəddin Fayəddin oğlu Bacı: Əkbərova Günel Fayəddin qızı