Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Müşfiq
Çavuş Kənan Ələkbərli 1996-cı ildə rayonun Qızılhacılı qəsəbəsində anadan olub. 2020-ci ilin sentyabrın 20-dən MAHHXHQ kimi işləməyə başlayıb. Vətən müharibəsi başlayan gündən döyüşlərə könüllü yolanıb və Suqovuşan - Ağdərə istiqamətindəki döyüşlərdə fəal iştirak edib. 9 oktyabr 2020-ci ildə həmin istiqamətdə gedən döyüşlərdə şəhid olub. Oktyabrın 11-də Qızılhacılı qəbiristanlığında dəfn olunub.
Atası Müşfiq Birinci Vətən Müharibəsinin qazilərindəndir. Kənanın əmisi Cabbar Ziyyəddin oğlu Ələbərov isə Birinci Vətən Müharibəsinin qəhrəmanlarından, şəhidlərindəndir. 26 yaşlı Kənan yeni nişanlanmışdı.
Kənan Ələkbərli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən,ölümündən sonra "Laçının azad olunmasına görə" , "Suqovuşanın azad olunmasına görə" , “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Kənan Ələkbərli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, qorxmaz insan idi.
Ata: Ələkbərov Müşfiq Zirəddin oğlu Ana: Ələkbərova Fəxriyyə Xəlil qızı Bacı: Ələkbərova Nuranə Müşfiq qızı Bacı: Ələkbərova Əminə Müşfiq qızı