Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Elnur
Ələkbərov Ramal Elnur oğlu 2005-ci il aprel ayının 24-də Gəncə şəhərində anadan olmuşdur. Ramal Ələkbərov orta təhsilini Gəncə şəhəri 7 saylı məktəbində almışdır.
Ramal Ələkbərov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam rayonu Abdal-Gülablı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ramal Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Ələkbərov Elnur Pünhan oğlu Ana: Ələkbərova Lalə Zahid qızı Bacı: Ələkbərova Mədinə Elnur qızı Qardaş: Ələkbərov Pünhan Elnur oğlu Qardaş: Ələkbərov Ümid Elnur oğlu